Bakıda zibil daşıyan maşın aşdı, yaralılar var - FOTO

13 Sentyabr 2019 00:35 (UTC+04:00)

Binəqədi-Balaxanı yolunda qəza baş verib.

“Report”un məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus zibil tullantıları daşıyan "90-AM-058" dövlət qeydiyyat nişanlı yük avtomobili qarşıda gedən "10-ZE-042" dövlət qeydiyyat nişanlı taxta daşıyan trailerə arxadan çırpılıb.

Hadisə nəticəsində zibil daşıyan yük maşını dərəyə aşıb. Hər iki sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.