"Qarabağ" - "Sevilya" matçının biletləri sabahdan satışda

13 Sentyabr 2019 04:35 (UTC+04:00)

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Sevilya" ilə ev oyunu üçün biletlər sabahdan satışa çıxarılacaq.

Publika.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi yazıb. Amma biletlərin satış nöqtələri və qiyməti barədə hələlik, məlumat verilməyib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Sevilya” matçı sentyabrın 19-u saat 20:55-də başlayacaq.