Səhiyyə Nazirliyi sabiq məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı

13 Sentyabr 2019 13:27 (UTC+04:00)

Səhiyyə Nazirliyi Tovuzda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri Firudin Ələkbərli saat 09:17-də kritik vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı cərrahiyyə şöbəsinə qaldırılan zaman kliniki ölüm keçirib. Göstərilən tibbi yardımlara baxmayaraq, yaralını həyatını qaytarmaq mümkün olmayıb. F.Ələkbərli saat 09:49-da dünyasını dəyişib.