Bakıda inanılmaz hadisə - Dişini çəkdirərkən öldü

13 Sentyabr 2019 17:44 (UTC+04:00)

Neftçala rayonu, Cəngən kəndinin 41 yaşlı sakini Bakı şəhərindəki stomatoloji kabinetlərdən birində dişini çəkdirərəkən dünyasını dəyişib.

Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, 1978-ci ildə anadan olmuş Abas Ələsgər oğlu Məlikov dişini çəkdirərkən vurulmuş keyidici iynədən şoka düşərək dünyasını dəyişib.

A.Məlikovun 3 azyaşlı uşaq atası olduğu və Bakı şəhərində müvəqqəti iş yeri tapdığı üçün ailəsi ilə birgə paytaxtda məskunlaşdığı deyilir.

Mərhumun yaxınlarının bildirdiyinə görə, ölümün əsl səbəbi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.