Trampla bu mövzuda danışacağıq - Ərdoğan

13 Sentyabr 2019 23:28 (UTC+04:00)

F-35 mövzusu ilə bağlı prezident Donald Trampla ABŞ səfərində danışacağıq.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Röyters” agentliyinə müsahibəsində bildirib.

“Fikrimcə, ABŞ kimi bir ölkə müttəfiqi Türkiyəni daha çox incitmək istəməyəcək. Bu, rasional davranış deyil, ümumiyyətlə məsuliyyətli bir xarici siyasət deyil”, - prezident deyib.