Güləşçimiz ilk mərhələdə erməni ilə qarşılaşacaq

14 Sentyabr 2019 03:38 (UTC+04:00)

Sentyabrın 14-də Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürəcək.

Publika.az xəbər verir ki, yarışların birinci günündə 55, 63, 72 və 82 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Bu gün həmin çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. Püşkün nəticələrinə əsasən, Eldəniz Əzizli (55 kq) səkkizdəbir finalda Hindistan güləşçisi Manjet Manjet, Elman Muxtarov (63 kq) Ermənistan idmançısı Slavik Qalstyan ilə qarşılaşacaqlar.

Yarışlara təsnifat mərhələsindən başlayacaq Sənan Süleymanov (72 kq) xorvatiyalı Dominik Etlinger, Rafiq Hüseynov (82 kq) isə Moldova təmsilçisi Mihail Bradu ilə üz-üzə gələcəklər.