Bakının bu ərazisi qaranlığa qərq oldu - YENİLƏNDİ

18 Sentyabr 2019 01:30 (UTC+04:00)

Elektrik enerjisinin bərpası ilə bağlı işlər nəticə vermir. Ərazidə 2,5 saatdır ki, işıq yoxdur.

***

00:34

Paytaxtın Xətai rayonunun bir hissəsində elektrik enerjisi kəsilib.

Axar.az xəbər verir ki, rayonda elektrik enerjinin verilməsi artıq bir saatdan çoxdur dayandırılıb.

Elektrik enerjisinin kəsilməsi ilə bağlı səbəb açıqlanmayıb.

Azərişıq ASC-dən bildirilib ki, ərazidə qəza baş verib, hazırda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.

Qeyd edək ki, Xətai rayonunun ayrı-ayrı məhəllələrində elektrik enerjisi tez-tez kəsilir.