Gələn il pensiyalarda indeksləşmənin 15 faiz olacağı gözlənilir - Hadı Rəcəbli

18 Sentyabr 2019 15:28 (UTC+04:00)

Gələn ilin yanvarında pensiyalarda indeksləşmənin çox -15 faiz olacağı gözlənilir. Çünki bu il əməkhaqlarında böyük artımlar baş verdi.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən komitə sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli qeyd edib ki, deputatların əməkhaqqı artıb, amma təaqüddə olan deputatların pensiyasındakı artım faktiki olmayıb: “Yanvarın 1-dən həmin insanların da pensiyaları artacaq”.