Qaradağda avtomobil 25 yaşlı qızı vurdu

19 Sentyabr 2019 02:00 (UTC+04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qaradağ rayonunda, "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Qədirova Xanpəri Umud qızı yolu keçərkən avtomobil vurub. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və qasıq sümüyünün sınığı diaqnozu qoyulub.