Abşeronda 9 yaşlı uşağı maşın vurdu

20 Sentyabr 2019 04:27 (UTC+04:00)

Abşeronda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən "Briliant" şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Əliyeva Samirə Samir qızı yolu keçərkən maşın vurub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.