Generallar İsmayılovun yas mərasimində

20 Sentyabr 2019 11:10 (UTC+04:00)

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-leytenant Orxan Sultanov sentyabrın 19-da Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun ötən il Türkiyədə qətlə yetirilmiş oğlu Etimad İsmayılovun Təzə Pir məscidində keçirilən il mərasimində iştirak ediblər.

Axar.az Strateq.az-a istinadən xəbər verir ki, onlar İlyas İsmayılova oğlunun itkisiylə bağlı başsağlığı verərək, onun kədərinə şərik olduqlarını bildiriblər.

Hər iki məmurun addımı rəğbətlə qarşılanıb.