Novxanıda yol qəzası baş verdi

23 Sentyabr 2019 03:00 (UTC+04:00)

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Novxanı yolunda qeydə alınıb.

Hadisə zamanı 2 nəfər - 29 yaşlı Rüstəmov Orxan Vəli oğlu və onun həmyaşıdı Yusifov Elvin İlqar oğlu xəsarət alıblar. Hər iki yaralı bel nahiyəsinin küt travması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.