Füzulidə faciəvi hadisə - ÖLƏN VAR

23 Sentyabr 2019 11:48 (UTC+04:00)

Füzuli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 21-də saat 18 radələrində Füzuli rayonunun Alxanlı kəndi ərazisində Böyük Bəhmənli kənd sakini Tiflis Hüseynov idarə etdiyi “KA-701” markalı traktorla əkin sahəsini şumlayarkən onu aşırıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.