Bakıda maşınla həmcinsini vurub qaçan qadın tutuldu

23 Sentyabr 2019 15:14 (UTC+04:00)

Bakıda yol-nəqliyyat hadisəsi törətmiş qadın tutulub.

Publika.az xəbər verir ki, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Bakı şəhər sakini V.Mahmudovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Hyundai” markalı avtomobilin sürücüsü, paytaxt sakini İ.Ağayeva saxlanılıb. O, izahatı alındıqdan sonra buraxılıb.

Araşdırma aparılır.