Bakıda 57 yaşlı kişidən gəlininə qarşı DƏHŞƏTLİ ƏMƏL: nəvələrinin gözləri qarşısında...

23 Sentyabr 2019 22:32 (UTC+04:00)

Bu gün Bakıda dəhşətli qətl törədilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Binə qəsəbəsində 1962-ci il təvəllüdlü Məhərrəmov Firdovsi Əkbər oğlu oğlunun həyat yoldaşı 1989-cu il təvəllüdlü Cəmiləni baltalayıb.

Ağır zərbələr alan 30 yaşlı C.Məhərrəmova hadisə yerində vəfat edib. Hadisəni törədən şəxs tutulub. Onun qətli qısqanclıq zəminində törətdiyi, hadisə vaxtı qadının övladlarının evdə olduğu bildirilir.