Türkiyədə qaçqınların avtobusu qəzaya uğradı: 6 ölü, 27 yaralı

24 Sentyabr 2019 12:15 (UTC+04:00)

Türkiyənin Hatay şəhərinin Reyhanlı ərazisində deportasiya olunan qanunsuz miqrantların avtobusu qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 2-si əsgər olmaqla, 27 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası göndərilib.