Bütün proqnozları doğru çıxan alim bu dəfə də yanılmadı: Türkiyə və Yunanıstan silkələnir

24 Sentyabr 2019 13:18 (UTC+04:00)

Yunanıstanda şiddətli zəlzələ meydana gəlib.

Publika.az xəbər verir ki, Cirit adası sahillərində 5,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ Makry Gialos adasından 106 km məsafədə, yerin 80 km dərinliyində baş verib.

Qeyd edək ki, az öncə Türkiyənin İstanbul şəhərində də 4,6 bal gücündə zəlzələ olmuşdu.

Xatırladaq ki, dünyaca məşhur zəlzələ proqnozçusu Frenk Huqerbits Türkiyədə baş verə biləcək zəlzələlərin şiddətli olacağını demişdi.

Zümrüd