Conson Ali Məhkəmənin qərarını şərh etdi

25 Sentyabr 2019 06:17 (UTC+04:00)

Böyük Britaniyanın Baş Naziri Boris Conson Brexit razılaşması məsələsində Ali Məhkəmənin qəbul etdiyi qərara hörmət etdiyini bildirib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, məhkəmə qərarının prosesi çətinləşdirdiyini bildirən B.Conson, qərarın doğru olmadığını, ancaq ona hörmət etdiyini söyləyib.

Baş Nazir əsas məsələnin oktyabrın 31-də Avropa İttifaqından çıxmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Ali Məhkəməsi Baş Nazir Boris Consonun ölkə parlamentinin fəaliyyətinin dayandırılması barədə qərarının ölkə konstitusiyasına və hüquqa zidd olduğunu bəyan edib.