"Zamanı gəlib çatdı" - Prezidentdən ABŞ və İran AÇIQLAMASI

25 Sentyabr 2019 11:37 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp və İran prezidenti Həsən Ruhaninin yenidən görüşməsi üçün şərait uyğundur.

Publika.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

BMT Baş Assambleyasının 74-cu sessiyası çərçivəsində Nyu-York şəhərində səfərdə olan Makron mətbuat konfransı keçirib. İranın nüvə silahına sahib olmaması, Yəməndəki böhranın başa çatdırılması, bölgədə təhlükəsizliyin təmini və iqtisadi sanksiyaların ləğv edilməsi haqqında danışan Fransa lideri ABŞ və İran rəhbərləri ilə ayrı-ayrıllıqda görüşdüyünü və onların da təkbətək görüşü üçün şərait olduğunu bildirib.

İran və ABŞ-ın addım atması üçün zamanın gəlib çatdığını qeyd edən Makron ABŞ-ın bəzi mövzularda bir fikri olmadan İran üzərindən sanksiyaları qaldırmayacağını deyib: “ABŞ da, İran da bölgədə təzyiqin aşağı salınmasında maraqlıdır. Tramp bölgədə gərginliyin artmasından narahatdır. Lakin İranın nüvə silahına sahib olmasını da istəmir. İran da sanksiyaların qaldırılmasını tələb edir. Onlar arasında görüşlərin baş tutması üçün əlimizdən gələni etdik. Dolayısı ilə iki ölkənin artıq öhdəliklərini yerinə yetirməsi vacibdir”.

Makron bildirib ki, Ruhaninin ABŞ-da olması sözügedən görüşün gerçəkləşməsi üçün yaxşı fürsətdir.

Zümrüd