Azərbaycanın qonşuluğunda ZƏLZƏLƏ

26 Sentyabr 2019 09:18 (UTC+04:00)

İranın Lorestan vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ yerli vaxtı ilə saat 04:05-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 9 km dərinlikdə yerləşib.

İnsan itkisi haqda məlumat verilməyib.