Jak Şirak öldü

26 Sentyabr 2019 14:15 (UTC+04:00)

Fransanın keçmiş prezidentlərindən olan Jak Şirak vəfat edib.

Publika.az xəbər verir ki, Jak Şirak uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, J.Şirak bu ilin noyabr ayında 87 yaşını tamam edəcəkdi.

O, 1995-ci ildən 2007-ci ilədək Fransanın prezidenti olub.