"Facebook" inanılmaz DƏYİŞİKLİYƏ GEDİR: bundan sonra heç kəs...

27 Sentyabr 2019 18:53 (UTC+04:00)

Sosial media platfroması “Facebook” dəyişikliyə gedəcək.

Publika.az xəbər verir ki, paylaşımlara qoyulan “like” butonunu gizlədəcək.

Funksiyanın dəyişdirilməsi ilə bağlı ilk sınaq addımı bu gün Avstraliyada atılıb. Belə ki, artıq “Facebook”da da “Instagram”dakı kimi paylaşımı kimlərin və neçə nəfərin bəyəndiyi yalnız post sahibinə görünəcək. sınaqda həmçinin paylaşıma yazılan rəylər də gizlədilir.

Platformanın Avstraliya və Yeni Zelandiya üzrə təmsilçisi Miya Qarlik sosial təzyiqi azaltmaq məqsədilə bu dəyişikliyi etdiklərini açıqlayıb. Beləliklə, istifadəçilərin paylaşımlara gələn reaksiyaları deyil, paylaşımların məzmunu ilə maraqlanması təmin olunacaq.

Qeyd edək ki, “Instagram” iyul ayından etibarən Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya və Yeni Zelandiyada postlara gələn bəyənmələri gizlədir.

Zümrüd