Gəncləşməyin sehrli sirri - "Qızıl maska"

7 Fevral 2021 13:48 (UTC+04:00)

Bəzən qarşımıza illərə meydan oxuyub, gənclik energetikasını qoruyan insanlar çıxır. Onların gənclik sirri isə çoxumuz üçün çözülməyən tapmaca kimi qalır.

Publika.az xəbər verir ki, ev üsulu ilə "qızıl maska" hazırladıqdan sonra siz də ilbəil gəncləşəcəksiniz.

"Qızıl maska"nı hazırlamaq üçün bizə 2 xörək qaşığı sürtkəcdən keçirilmiş zəncəfil, 2 xörək qaşığı bal və bir çay qaşığı sarıkök lazımdır.

Öncə bütün inqrediyentləri qarışdırın. Sonra dərinizə çəkib 10 dəqiqə gözləyin. Üzünüzü ilıq su ilə yuyub, nar şirəsi ilə silin. Nar şirəsi dərini daha hamar və incə edir.

Bu maskanı hər həftə hazırlayıb ev şəraitində gəncləşə bilərsiniz.