Türkiyədə növbəti ZƏLZƏLƏ

29 Sentyabr 2019 14:13 (UTC+04:00)

Bu gün Türkiyə ərazidində növbəti yeraltı təkanlar qeydə alınıb.

Publika.az xəbər verir ki, zəlzələ Mərmərə ərazisində - Muğla bölgəsinin sahilləri yaxınlığında qeydə alınıb. 108 kilometr dərinlikdə qeydə alınan zəlzələ 4 bal gücündə hiss edilib. Dağıntı və insan itkisinin olmadığı bildirilir.

Qeyd edək ki, son günlərdə Türkiyədə hissedilən yeraltı təkanların sayı artıb.