Tacir Şahmalıoğlu Fədayə Laçından, görün, nələr dedi: "Həyat yoldaşım özünü öldürmək istədi" - VİDEOMÜSAHİBƏ

30 Sentyabr 2019 11:28 (UTC+04:00)

Hər zaman həqiqəti danışdığını deyən müğənni Tacir Şahmalıoğlu bildirib ki, layiq olduğu dəyəri sağlığında görmək istəyir. Bu gün sənətdə olan dayaz müğənnilərin toylara baha qiymətə getməsindən gileylənən ifaçı Azərbaycan musiqi tarixində öz məktəbini qoyduğunu bildirib.

Həyat yoldaşının çox qısqanc olduğunu, hətta bir neçə dəfə intihara cəhd etməsindən danışan müğənni Publika.az-a müsahibəsində Fədaya Laçının həbs olunmasından da söz açıb.

Müğənni onu da bildirib ki, oğlu Şahmalını hüquqçu və hərbiçi kimi görmək istəsə də, musiqi eşqi və istedadını gördükdən sonra qarşısını kəsmək istəyib:

“Şahmalı yaşında olanda bilməzdim ki, güclü bir sənətkar olaram, amma illər göstərdi. Oğlumun güclü olub-olmayacağını zaman müəyyən edəcək. Əslində onu başqa bir sahəyə yönəltmək istəyirdim. Uşaq özü xahiş etdi ki, ata məni musiqidən ayırma. Su axar çuxurunu tapar. Peşə seçimində uşağa təkid etmək olmaz, sevdiyi sahəyə yönəltmək lazımdır. Potensialı var, gözəl musiqilər bəstələyir. “Yolun düşsə, bu dünyaya bir də gəl” mahnısını oğlum Şahmalı bu yaxınlarda yazıb. Mahnının artıq minlərlə dincləyicisi var”.

Aytən Məftun