Antarktidada 315 milyard tonluq buz parçası qopdu və... - BÖYÜK TƏHLÜKƏ

1 Oktyabr 2019 14:47 (UTC+04:00)

Antarktidanın şimal-şərqindəki Ameri buzlaq sahəsində 315 milyard tonluq aysberq qitədən qopub.

Publika.az xəbər verir ki, bu barədə BBC informasiya yayıb.

Xəbərə görə, "D28" adı verilən 1636 kub/kilometr həcmində və 210 metr qalınlığı olan aysberq 1960-cı ildən sonra Ameridən qopan ən böyük buz parçasıdır.

Qlobal iqlim dəyişikliyinə ciddi təsiri olmasa da, buz parçası gəmiçilik üçün risk yaratdığına görə peyk nəzarətinə götürülüb.

Zümrüd