Bakının mərkəzindəki hoteldə yanğın - 5 əcnəbi təxliyə edildi

2 Oktyabr 2019 11:10 (UTC+04:00)

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli hotel binasında ynğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın zirzəmisində transformatorun sarğıları yanıb. Bina yanğından mühafizə olunub. Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.