İnterpol 38 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verdi

4 Oktyabr 2019 02:32 (UTC+04:00)

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, terror qruplaşması ilə əməkdaşlıqda təqsirli bilinən, 1981-ci il təvəllüdlü Elşad Mahmudov barəsində Rusiya hüquq-mühafizə orqanları cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Məhkəmə E.Mahmudovun barəsində həbs qətimkan tədbiri seçdikdən sonra o İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.