Azərbaycanda icra başçısının bu addımı hamını təəccübləndirdi: marketə girdi və... - FOTO/VİDEO

4 Oktyabr 2019 17:04 (UTC+04:00)

Video əlavə olunub.

***

Sosial şəbəkələrdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun fotosu yayılıb.

İcra başçısı marketdə görüntülənib.

İlham İsmayılov ötən gün axşamüstü işdən çıxarkən supermarketdə alış-veriş edib və növbədə dayanıb.

Bu görüntü sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Foto qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb və minlərlə bəyənmə toplayıb. (BAKU.WS)