Kəşmirdə GÜCLÜ PARTLAYIŞ: 14 nəfər yaralandı

5 Oktyabr 2019 15:48 (UTC+04:00)

Cəmmu və Kəşmir ərazisində yerləşən Hindistanın Anantnaq şəhərində qumbaranın partlaması nəticəsində azı 14 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə yerli polisin "Twitter" səhifəsində məlumat verilib.

Məlumata görə, dövlət qurumunun yaxınlığında baş verən partlayışda xəsarət alanlar arasında polis də var.

Hüquq-mühafizə orqanları əməkdaşları partlayışın terrorçular tərəfindən törədildiyini bildirirlər.