Anar bu dəfə Demet Akalının evində - FOTO

6 Oktyabr 2019 17:45 (UTC+04:00)

Türkiyədə səfərdə olan stilist Anar Ağakişiyev məşhur müğənni Demet Akalının evində olub.

Publika.az xəbər verir ki, Anar ifaçını makiyaj edib. O, birlikdə çəkilən fotolarını paylaşaraq bunları qeyd edib:

"Çoxdan arzuladığım Türkiyənin ən böyük pop sənətçisi Demet Akalının evinə dəvət olundum. Allah hər kəsin arzularını çin etsin, mənimkiləridə həmçinin. Bu arada arzumun yerinə yetməsinə görə də Selin Ciğerciyə çox təşəkkür edirəm. Allah səndən razı olsun, çox sağ ol dostum".