Uşağını bağçadan götürməyə gedən Aysel yoxa çıxdı

7 Oktyabr 2019 09:46 (UTC+04:00)

Gəncədə 26 yaşlı qadın itkin düşüb.

Hadisə oktyabrın 4-də şəhərin Z.Bünyadov küçəsində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Aysel Ələkbərova yaşadığı mənzildən azyaşlı uşağını bağçadan götürmək adı ilə çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə şəhər Kəpəz Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(Report)