Paşinyan Putinə doğum günü məktubunda nələri yazmadı? - ŞOK DETALLAR

7 Oktyabr 2019 22:41 (UTC+04:00)

“Bu gün Rusiya prezidenti Vladimir Putinin 67 yaşının tamam olması münasibətilə onu çoxları təbrik edib. Ancaq bir təbrikin onun üçün xüsusi əhəmiyyəti var, çünki həmin təbrik həbsxanadan göndərilib”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, necə ki, bir müddət əvvəl Vladimir Putin həbsdəki dostu eks-prezident Robert Köçəryanı təbrik etmişdi, məhbus həyatı yaşayan Köçəryan da Putinə təbrik məktubu yazaraq ona möhkəm can sağlığı və Rusiya naminə böyük uğurlar arzulayıb: “Köçəryanı həbsxanaya göndərən baş nazir Nikol Paşinyanın Putinə təbrik məktubunda can sağlığı və ya Rusiyaya uğurlardan söz açmayıb, iki ölkə arasındakı strateji əlaqələri vurğulayıb. Putinin bu iki təbrik məktubundan onun üçün hansının önəmli olduğunu özü yaxşı bilir...”

Zümrüd