Türkiyə ordusu bombardmana başladı

8 Oktyabr 2019 00:35 (UTC+04:00)

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın Hasake əyalətində YPG terrorçularının başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) bazalarına aviazərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Terrorçuların əl-Malikiyyə şəhərindəki bazaları hədəf alınıb.

Əlavə məlumat verilmir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp qoşunların Suriyadan çıxarılacağını bəyan edib.