Bordo Bereliler hərəkətə keçir...

8 Oktyabr 2019 12:09 (UTC+04:00)

ABŞ-ın Suriyadan çəkilməyə başlaması ilə diqqətlər Türkiyənin Fəratın şərqində gerçəkləşdirəcəyi hərəkata çevrilib.

Publika.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin ilk həmləni Təl-Əbyad və Rəsulayn şəhərləri arasında, sərhədə paralel 120 km-lik xətdə etməsi gözlənilir.

Türkiyə ordusundan verilən məlumata görə, bütün hazırlıqlar ən incə detalına qədər hazırlanıb: “Siyasi iradənin hərəkat əmrini verdiyi andan etibarən TSQ hazır olacaq. Bu günsə, bu gün, sabahsa, sabah. Təlimat gələr-gəlməz başlayacağıq”

Hərəkata hələ ki, rəsmi ad verilməyib. Buna görə də planlar sərhəddə yerləşdirilmiş bütün birliklərin arxivinə “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatlarının davam olaraq “növbəti hərəkat” kimi keçib. Əməliyyatın Ağcaqala qarşısındakı Təl-Əbyad bölgəsindən ABŞ qüvvələrinin çəkilməsindən sonra başlaması gözlənilir.

Pentaqonla əlaqə

Bunun üçün Pentaqonla daimi əlaqə saxlanılacaq. Hərəkatın necə başlayacağı PKK/PYD terror təşkilatının bölgəni boşaldıb-boşaltmayacağı ilə əlaqədardır. Bunun üçün əvvəlcə hədəfi kəşfiyyat analizi aparılacaq. Pilotsuz Uçuş Aparatlarının hədəflərdə anlıq dəyişikliklər olub-olmadığına dair aparacaqları kəşfiyyat əhəmiyyət daşıyır.

PKK-nın hər hansı qarşıdurma olmadan bölgəsən geri çəkilməsi təqdirində Xüsusi Təyinatlılar (Bordo Bereliler) ilə hərəkata dəstək verəcək Azad Suriya Ordusu bir araya gələrək ön təmizlik aparacaq. Ardınca zirehli birliklər və digər quru atıcı birlikləri girəcək və bölgədə hakimiyyətini təmin edəcək. Hərəkat havadan da dəstək alacaq.

Zümrüd