Azərbaycan yığması məğlub oldu

9 Oktyabr 2019 21:05 (UTC+04:00)

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Publika.az xəbər verir ki, Çexiyada keçirilən oyunda komandamız Norveç yığması ilə qarşılaşıb. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

U-19 turnirdə növbəti oyununu oktyabrın 12-də Çexiya yığmasına qarşı keçirəcək.