Türkiyə qorxusu YPG-yə bunu etdirdi: şimal sərhədində...

9 Oktyabr 2019 22:08 (UTC+04:00)

YPG terror təşkilatının əsasını təşkil etdiyi “Suriya Demokratik Gücləri” Türkiyənin əməliyyatı səbəbindən İŞİD-ə qarşı mübarizə dayandırıb.

Publika.az xəbər verir ki, bu haqda ABŞ və YPG mənbələrinə istinadən “Röyters” agentliyi bildirib.

“Suriya Demokratik Gücləri” İŞİD-ə qarşı əməliyyatları dayandırdı, çünki şimal sərhədində böyük bir ordu tərəfindən təhdid edildiyi bir vaxtda, əməliyyatlar keçirmək mümkün deyil”, - YPG nümayəndəsi deyib.

ABŞ rəsmisinin sözlərinə görə, İŞİD-ə qarşı əməliyyatların dayandırılması ABŞ-ın Suriyadakı müxalif qüvvələrə təlim keçməsinə təsir edəcək.