“Araz” Çempionlar Liqasında məğlub oldu

10 Oktyabr 2019 05:25 (UTC+04:00)

UEFA Çempionlar Liqasında çıxış edən “Araz” bu gün ilk oyununu keçirib.

Publika.az xəbər verir ki, ölkə çempionu Belçikanın “Halle-Gooik” klubu ilə qarşılaşıb.

Görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın heyətində Xətai Bağırov fərqlənib.

Təmsilçimiz növbəti oyununu oktyabrın 10-da Portuqaliyanın “Benfika” klubuna qarşı keçirəcək.