Azərbaycanda 3 gün İŞ OLMAYACAQ

1 Noyabr 2019 15:18 (UTC+04:00)

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

Axar.az xəbər verir ki, noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.

Beləliklə, ardıcıl 3 gün - noyabrın 9-u, 10-u və 11-i iş olmayacaq.

Noyabrın 12-si (Konstitusiya Günü) isə iş günüdür.