STAR NEZ Türkiyənin emal olunmuş neft ehtiyacının 25%-ni təmin edir

10 Oktyabr 2019 12:50 (UTC+04:00)

İzmirin Əliağa bölgəsində SOCAR tərəfindən inşa edilən STAR NEZ Türkiyənin emal olunmuş neft ehtiyacının 25%-ni təmin edir.

Publika az xəbər verir ki, illik emal gücü 10 milyon ton xam neft olan zavodda 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı Türkiyənin cari kəsiri də xüsusi əhəmiyyətə malik təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir. Xatırladaq ki, 100-dən çox neft çeşidi emal etməyə qadir olan STAR zavodunun gündəlik emal gücü 214 min barrel xam həcmindədir.

***

6,3 milyard dollar dəyəri olan STAR Neft Emalı Zavodu (NEZ) layihəsi bu yaxınlarda təməli qoyulan əlavə saxlama obyekti investisiyası ilə təxminən 7 milyard dollarlıq miqyasa çatıb.

Publika.az xəbər verir ki, bu sözləri zavodun baş direktoru Mesud İltər İzmirdə təşkil olunmuş mətbuat konfransında bildirib. İltər deyib ki, Türkiyədə real sektorun tək nöqtəyə yatırdığı ən böyük investisiya layihəsi STAR NEZ 1 ildir fəaliyyətə başlayıb. STAR zavodunun tikintisinə 14 ölkədən 19 500 nəfər cəlb olunub ki, onların da 3 mindən çoxu mühəndisdir. Hazırda zavodda 1 100 nəfər çalışır.

Leyla Sarabi