Nardaranda axtarış tədbirləri – Silah aşkarlandı

10 Oktyabr 2019 14:19 (UTC+04:00)

Nardaran qəsəbəsində silah aşkarlanıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini A.Əzimzadədən “Çifsan” markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.