Azərbaycanda sərnişin avtobusu yandı

12 Oktyabr 2019 15:32 (UTC+04:00)

Abşeron rayonunda "İsuzu" markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.