Yeni dünya çempionumuzun atasından İLK AÇIQLAMA: Qürurverici tərəfi odur ki...

12 Oktyabr 2019 16:39 (UTC+04:00)

“Təbii ki, bu qələbəni gözləyirdim. Oğlum 5 yaşından şahmata başlayıb. Daha əvvəl Avropa çempionluqları olmuşdu. Ancaq Dünya çempionluğu daha yüksək nəticədir".

Bu sözləri Publika.az-a Hindistanın Mumbay şəhərində keçirilən yeniyetmələrin Dünya Çempionatında 11 oyundan 9 xal toplamaqla Dünya Çempionu titulunu qazanan şahmatçımız Aydın Süleymanlının atası Elşən Süleymanlı deyib.

Çempionun atası bildirib ki, bu çempionluğun həm də qürurverici tərəfi turnirin Hindistanda keçirilməsindədir: "Yəni şahmatın vətənində. Özümü çox xoşbəxt hiss edirəm. Valideyn kimi fəxr edirəm. Aydın tezliklə vətənə qayıdıb Türkiyədəki şahmat olimpiadalarına qatılmaq üçün yola düşəcək”.

Zümrüd

Daha bir şahmatçımız DÜNYA ÇEMPİONU oldu