Tovuzda zəncirvari qəza baş verdi, ölən var

14 Oktyabr 2019 08:15 (UTC+04:00)

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, Tovuz şəhər ərazisində "Jeep", "VAZ" markalı avtomobillərin və motosikletin iştirakı ilə zəncirvari qəza olub.

Qəza nəticəsində motosikletin sürücüsü, 1984-cü il təvəllüdlü Babək Əliyev ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb, lakin həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.