Xameneidən SEPAH-a ÇAĞIRIŞ: hərbi və kəşfiyyat sahələrində...

14 Oktyabr 2019 08:45 (UTC+04:00)

İranın Ali dini lideri Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) yeni silahlar hazırlamağa çağırıb.

Axar.az xəbər verir ki, bu barədə dini liderin rəsmi saytında informasiya yerləşdirilib.

Xamenei SEPAH-ın müasir silahlara ehtiyacı olduğunu və onların da müstəqil şəkildə İranda istehsal edilməsi gərəkdiyini bildirib.

“SEPAH-ın bu gün hərbi və kəşfiyyat sahələrində nəyə ehtiyacı olduğunu anlamaq və bu istiqamətdə irəliləmək lazımdır”, - o qeyd edib.