AzTV-nin Bədii Şurası toplandı: Sədr söz verdi

14 Oktyabr 2019 17:19 (UTC+04:00)

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, uclasda QSC sədri Rövşən Məmmədov Azərbaycan Televiziyasında siyasi və ideoloji işin düzgün qurulmasını və effektiv iş prinsipinin hər zaman prioritet vəzifə hesab edildiyini diqqətə çatdırıb. O, texniki bazanın təkmilləşdirilməsinin QSC-nin diqqət ayırdığı əsas məqamlardan biri olduğunu deyib.

Rövşən Məmmədov qeyd edib ki, verilişlərin daha effektiv hazırlanması üçün yaxın gələcəkdə yeni kameralar, səs avadanlıqları alınacaq.

İclasda Bədii Şuranın üzvləri Azərbaycan Televiziyasının efir strukturu, hazırlanan verilişlərin bədii tərtibatı, diktor və aparıcıların peşəkarlıq səviyyəsi ətrafında diskussiyalar aparıblar.