Qaxda 7 avtomobil toqquşdu - FOTO

14 Oktyabr 2019 21:14 (UTC+04:00)

Qax rayonunda zəncirvari yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 5 minik avtomobili və 2 yük maşını toqquşub. Qəza zamanı yük avtomobillərindən birinin sürücüsü, 31 yaşlı Ceyhun Xanəli oğlu Zeynalov xəsarət alıb. Yaralı xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (Report).