Meksikanın qərbində 14 polis öldürüldü

15 Oktyabr 2019 06:25 (UTC+04:00)

Meksikanın qərbində yerləşən Miçoakan ştatında naməlum cinayətkarların hücumu nəticəsində azı 14 polis öldürülüb.

Publika.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Meksika İctimai Təhlükəsizlik Nazirliyinin tvitter səhifəsində bildirilib.

Rəsmi məlumata görə, bu ilin yanvar-avqust aylarında Meksikada cinayətkarlar tərəfindən 23,7 min nəfər öldürülüb. Bu, 2018-ci illə müqayisədə 3,5 faiz çoxdur. Sentyabr ayında Meksika Prezidenti Andres Manuel Lopes Obrador cinayətkarlığa qarşı mübarizəni özünün başlıca vəzifəsi elan edib.