Gediş haqqına möhtac olan cəbhəçilər və Kərimlinin “lord həyatı”

15 Oktyabr 2019 17:15 (UTC+04:00)

Londonda lüks həyat, Bakıda möhtəşəm villalar, övladlarının xaricdə təhsil aldığı bahalı universitetlər, son model avtomobil, cangüdənlər, bir sözlə lord həyatı...

Heç bir yerdə işləməyən, lakin heç bir cəbhəçinin yuxusuna belə girməyən belə həyat yaşamağa maddi imkanı çatan Əli Kərimlinin “lord həyatı”nını mənbəyi bir-bir gün üzünə çıxır.

AXC hakimiyyəti dövründə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Saleh Rüstəmlinin istintaqa verdiyi ifadə AXCP sədrinin bohem həyat tərzinin qaynaqlarından birini ortaya çıxartdı.

S.Rüstəmli deyir ki, Rusiyada Əli Kərimli və Qənimət Zahidə külli miqdarda pul göndərirmişlər: “Vəsaiti Bakıda ya Aqil Məhərrəmli götürürdü, ya da Ruslan Nəsirli. Olub ki, Babək Həsənov da götürüb. Qənimət Zahidə 2000-2500 dollar vəsait göndərirdik. Bakıya - Əli Kərimliyə göndərilən vəsait isə 20-30 min dollar olurdu. Sonra Əli Kərimli mənə “whatsapp”da yazırdı ki, “sağ ol, bəy, çatdı”.

Bu fakt fonunda “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” misalı yada düşür və Əli Kərimlinin hər gün “6 kvadratmetr” otağından qışqıra-qışqıra danışması, “olanım budur, bunu da alın” deyə qabaqdangəlmişik etməsinin səbəbi də öz maxinasiyalarını diqqətdən kənarda saxlamaq məqsədi güdür. Burada əsas obyekt cəbhəçilərdir. Çünki Əli Kərimli “lord həyatı” yaşadığı halda avtobusla getməyə qəpik tapmayan cəbhəçi bir gün ondan bunun hesabını soruşacaq. Əli Kərimli məhz hesab verməmək üçün “siz avtobusa verməyə qəpik tapmırsınız, günahkar hakimiyyətdir” deyərək, diqqəti hakimiyyətin üzərinə yönəldir və “azadlıq uğrunda mübarizə” yalanları ilə onların qarnını doydurur. Artıq partiyada buna qarşı çıxanlar var.

AXCP Nəzarət Təftiş Komitəsinin (NTK) sədri Aydın Əliyevin Kərimli diktaturasına qarşı başladığı qiyam bunun bariz ümunəsidir.

A.Əliyev deyir ki, 2015-ci ildə AXCP-nin qurultayı zamanı onun Nəzarət Təftiş Komitəsinin sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb. Buna səbəbsə pulların mənimsənilməsinə yaranan maneədir.

“Mənim kimi obyektiv, dürüst, prinsipial adamın bu vəzifəyə seçilməsi Əli Kərimli tərəfindən xoş qarşılanmayıb. Partiya daxilindəki maliyyəni, xaricdən gələn qrantları və digər pulları ancaq öz nəzarətində saxlayan, özünün və ailəsinin, xaricdəki oğlunun ərəb şeyxlərinin övladları kimi yaşamasına sərf edən Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qan etməyib. 30 ilik siyasi fəaliyyətdən sonra başa düşdüm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılıb. O, bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib, sözdə demokratiya uğrunda mübarizə apardığını desə də, sərt diktatura qurub. Fərqli düşünənləri, onun anti-demokratik hərəkətlərinə etiraz edənləri çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb”, - deyə NTK sədri bildirib.

Cəbhəçilərin yoxsul ömrü üzərində qurulan “lord həyatı”. Faktlar təsdiqləyir ki, Əli Kərimli AXCP-ni şəxsi büdcəsini doldurmaq üçün əsas vasitə olaraq görür. Hərçənd, Saleh Rüstəmlinin göndərdiyi pulla onun maliyyə mənbələrinin yalnız biridir.

Müavini Gözəl Bayramlının 1 il ərzində Gürcüstana 41 dəfə Gürcüstana getməsi və hər qayıdanda ən azı 10 min dollar gətirməsi, əlinin altındakı QHT-lər vasitəsilə xarici fondlardan alınan 100 minlərlə dollar və avroları da bura əlavə edəndə böyük maliyyə piramidası yaranır və bu piramidanın təpəsində oturan Əli Kərimli bütün pulları öz şəxsi həyatı üçün sərf edir:

- Övladları Böyük Britaniyanın ən bahalı universitetlərində təhsil alır, illik təhsil haqqı ən azı 25-30 min funtsterlinqdir (50-70 min manat civarında); Həyat yoldaşı Bakı-London, Bakı-Nyu-York reysi üzrə mütəmadi səfərlər edir; Ətrafında daim çoxsaylı cangüdənlər saxlayır; Bahalı avtomobillərdə gəzir;

Heç bir rəsmi gəliri olmayan şəxsin bohem tərzi həyatının mənbəyi məhz gəlir obyekti kimi baxdığı AXCP-nin üzərindən əldə etdiyi “qara pullardır”.

Asif Nərimanlı