BMT Təhlükəsizlik Şurası Türkiyəyə görə toplanır

15 Oktyabr 2019 21:17 (UTC+04:00)

BMT Təhlükəsizlik Şurası okyabrın 16-da çərşənbə günü Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyat ətrafında vəziyyəti müzakirə edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, müzakirələr Belçika, Fransa, Almaniya, Böyük Britaniya və Polşanın sorğusu üzrə keçiriləcək.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu oktyabrın 9-dan Suriyanın şimalında PKK/PYD/YPG terror təşkilatına qarşı “Sülh çeşməsi” əməliyyatını keçirir.